Belçikanın paytaxtı Brüsseldəki NATO qərargahında 30 müttəfiq ölkənin dövlət və hökumət başçılarını toplaşıb.
RegionTV.info-nun məlumatına görə, sammitin başlıca mövzuları növbəti 10 il üçün Atlantik Alyansın inkişafı, NATO-nun strateji konsepsiyası, Rusiya və Çinə qarşı tədbirlər, iqlim dəyişikliyinin təhlükəsizliyə təsiri, kiber təhdidlər kimi məsələlərdir.
Ciddi qərarların alınacağı tədbir məzəli anları ilə da seçilir. Belə anlardan biri Kanada Baş naziri Jastin Trüdo ilə NATO-nun Baş katibi Yens Stolenberq arasında keçirilən görüş zamanı qeydə alınıb. Kanada hökumət başçısı öz rəngli corabları ilə sammitə damğasını vurub.
Xəbəri paylaş