Ağstafa rayonunda "Son zəng"dən sonra məzunlar arasında bıçaqlanma hadisəsi baş verib.
RegionTV.info xəbər verir ki, rayonun Muğanlı kənd sakinləri olan 17 yaşlı 11-ci sinif məzunları mübahisə ediblər.
Kənd məktəbinin şagirdi, 2004-cü il təvəllüdlü Zeynallı Orxan Mirtalıb oğlu üzərində gəzdirdiyi bıçaqla həmyaşıdı, sinif yoldaşı Bayramlı Ramal Rüfət oğlunu bıçaqlayıb.
Onun bədəninin müxtəlif nahiyəsinə bir neçə bıçaq zərbəsi vurub.
Hadisəni törədən şəxs Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. İstintaq aparılır.
Xəbəri paylaş