Ermənistanda seçki öncəsi namizədlər bir-birindən maraqlı açıqlamalar edərək, xalqın diqqətini cəlb edib, səs toplamağa çalışırlar.
RegionTV.info xəbər verir ki, "Hayastan" blokunun təmsilçisi Ağvan Vardanyan, Eçmiadzində çağırılan mitinq zamanı qadınların yanında necə bir kişi görmək istəməsi kimi sərsəm suallarla çıxış edib.
"İndi burada toplanan erməni qadınlarına müraciət etmək istəyirəm. Yanınızda nə cür bir kişi görmək istərdiniz? Qorxaq, yalançı, qışqıran, tənbəl, həyasız, və ya heç kimin hörmət etmədiyi bir insanmı? Yoxsa hamının hörmət etdiyi birimi? Bu iki növdən hansını gələcək lideriniz kimi görmək istəyirsiniz? Baxın, müqayisə edin".
Çıxışı zamanı Vardanyan Paşinyanı ''şey" adlandıraraq onun siyasət üçün yararsız adam olmasından danışıb.
"Bu şey, bir daha adını çəkməyəcəyəm, üç il ərzində heç nəyi bacarmadı. Azərbaycan bu gün Ermənistan Respublikasının ərazisinə girdi, bəli, evdə kişi yoxdursa, qonşu da, düşmən də girəcəkdir. Ermənistan hamımızın evidir və evimizin güclü bir lideri olmalıdır" - deyə Ağvan Vardanyan bildirib.
Xəbəri paylaş