Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanlı yeniyetmə idmançı faciəvi şəkildə həlak oldu - FOTO

RegionTV.info                                                                                             
Bakı şəhərinin Yasamal rayonu ərazisində yerləşən süni göldə boğularaq ölən yeniyetmə Elşən Novruzovun idmançı olduğu bəlli olub.
Azərbaycan Badminton Federasiyası yeniyetmənin ölümü ilə bağlı baş sağlığı yayıb.

"Yeniyetmə badmintonçumuz Elşən Novruzov İmdad oğlu dünyasını dəyişib. Azərbaycan Badminton Federasiyası idmançımızın vaxtsız vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin”, - deyə Federasiyasın məlumatında bildirilir.

Qeyd edək ki, 2006-cı il təvəllüdlü Novruzov Elşən İmdad oğlunun meyiti 13 iyun tarixində tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də