Füzuli rayonunda ağır yol qəzası baş verib. RegionTV.info xəbər verir ki, rayonun Böyük Bəhmənli kəndində “Mercedes” markal avtomobil sürücünün idarəetməsindən çıxaraq körpüdən aşıb. Hadisə nəticəsində 1966-cı il təvəllüdlü sürücü vəfat edib. Faktla bağlı araşdırma aparılır.