Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Rəsul Quliyev: “Azərbaycanın Türkiyə ilə bağlayacağı sazişlər qızmış başların üzərinə soyuq su tökəcək”

“Ermənistanda parlament seçkiləri qabağı Koçaryan və onu dəstəkləyən Sərkisyanın çıxışları təəssüf doğurur. Koçaryan 1992-ci ildə etdiyi "qəhrəmanlığlı" ordu yaratmaq qəhrəmanlığını yenidən təkrar edəcək və Zaqafqaziyanın pələngi ordusunu yaradacağından sayaqlayır. Həmin dövrdə də ağıldan kəm olan bu şəxsin beynində tam deqradasiya gedib”.

RegionTV.info xəbər verir ki, bunu Azərbaycan parlamentinin eks-spikeri Rəsul Quliyev deyib.R.Quliyev bildirib ki, güclü ordu yaratmaq istəyən insan ilk növbədə düşmən saydığı ölkənin imkanlarını analiz etməlidir: “Hər halda Ermənistan Türkiyəyə qarşı yox, Azərbaycana qarşı ordu yaratmaqdan danışır.

İndi analizə keçək.

1. Düşməni Azərbaycanın iqtisadi imkanları Ermənistandan ən azı 5-8 dəfə artıqdır.

2. Ordu üçün çağırıla biləcək əsgər və zabitlərin sayı Ermənistandan ən azı 4 dəfə artıqdır.

3. Müharibəni udmağın həlledici faktoru zabitlərin təhsili Azərbaycan və Türkiyə hərbi akademiyalarında NATO proqramı ilə həyata keçirilir. Azərbaycan zabitlərin bir qismini İsrail hərbi məktəblərində də oxutdura bilər.

Bunların qarşısında Ermənistanın hərbi hazırlığı ancaq bir ölkə, Rusiya tərəfindən baş tuta bilər. Azərbaycan aldığı silah sursatı təkmilləşdirmək imkanına malikdir, Ermənistan yox. 44 günlük Vətən Müharibəsi demək olar ki, eyni silahlardan istifadə edən Azərbaycanın hansı səviyyədə Ermənistandan yuxarıda dayandığını əyani göstərdi. Ona görə Köçaryanın Azərbaycanın qarşısında dura biləcək, hətta qalib gələ biləcək ordu yaradacaq bəyanatları ağılsız insanın sayaqlamasından başqa bir şey deyil. Rusiya sülhməramlılarının Azərbaycanda olmasını dəstəkləməyən ABŞ onların Qarabağdan çıxarılmasında hər 3 ölkəni Azərbaycan, Ermənistan və Türkiyəni dəstəkləyəcək. Ermənistanın inkişaf edə biləcək gələcəyi Azərbaycanla hərtərəfli müqavilə bağlanılmasından və Türkiyə ilə əlaqələrin bərpa edilməsindən keçir. Bunu anlamayan siyasətçinin Ermənistanda hakimiyyətə gəlməsi Ermənistan dövləti adlı ölkənin olmasını keçmiş tarixə keçirilməsi ilə nəticələnəcək. Ermənistan bir məsələni də anlamalıdır. “Əgər düşmənin sənin torpaqlarını işğal etməsini istəmirsənsə, həmişə hücuma hazır ol” nəzəriyyəsini Azərbaycan bütün dərinliyi ilə mənimsəyib. Azərbaycanın Türkiyə ilə bağlayacağı sazişlər bir çox qızmış başların üzərinə soyuq su tökəcək, əminəm”.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də