
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan RegionTV.info-ya verilən məlumata görə, Kəlbəcər RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş növbəti tədbirlər zamanı rayon ərazisinə daxil olmaq istəyən 5 nəfər saxlanılıb.
Həmin şəxslər saxlanıldıqdan sonra polis şöbəsinə dəvət olunublar.
Onlarla profilaktiki söhbətlər aparılıb, gizlədilmə ehtimalı olan mina və partlayıcı
vasitələrin onların həyatı üçün təhlükə doğura biləcəyi barədə xəbərdarlıq edilib. Həmin şəxslər barəsində inzibati qaydada tədbir görülüb.
Xatırladaq ki, son aylarda Kəlbəcər rayonuna icazəsiz keçənlərin sayı xeyli artıb.