
RegionTV.info-nun məlumatına görə, 59 yaşlı Ruzigar Rzayev və 40 yaşlı Mirmehdi Cabbarov aldıqları yanıq xəsarətlərindən həyatlarını itirib.
Həmin şəxslər Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından Bakı şəhərinə aparılmışdı.
Məlumat üçün bildirək ki, hadisə Gəncə şəhər Kəpəz rayonu ərazisində 4 mərtəbəli binanın dördüncü mərtəbəsində baş vermişdi. Partlayışa səbəb qaz sızması olub.