Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Mingəçevirin icra başçısı dövlətin gənclər siyasətinə böyük zərbə vurur-Şok detallar

RegionTV.info                                                                                             
Mingəçevirin İcra başçısı Prezidentin islahatlarının əksinə gedir-Qocalara vəzifə verilir,sahibkarlar diz çökdürülür…
Son illər Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri də gənclər siyasətidir. Ulu öndər Heydər Əliyevin siyasi məktəbinin yetirməsi olan Azərbaycan Prezidenti İlham Əliyev bu meyarları nəzərə alaraq ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərə böyük inam bəsləyir, ölkəmizdə onlara yüksək şərait yaradılması istiqamətində dövlət proqramları qəbul edilir.
Hər bir dövlətin əsas missiyası gələcəyini etibar edəcəyi nəsil formalaşdırmaqdır. Prezident İlham Əliyev gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə 2005-ci il avqustun 30-da “Azərbaycan Gəncliyi Dövlət Proqramı”nı (2005-2009-cu illər) təsdiq etdi ki, bu da gənclərə dövlət qayğısının artırılmasını təmin edirdi. Həmin sərəncamda ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin əsas istiqamətləri öz əksini tapmışdır. Bu istiqamətlər tamamilə xalqımızın milli mənafelərinin inkişafına yönəldilərək gəncləri ideya müəllifi olmağa səsləyirdi. Yəni, hər bir gənc fərdi qaydada özünü idarəçi kimi yetişdirməli, daim təşəbbüskarlıq göstərməlidir.

 Mingəçevir şəhərində isə son aylarda qəribə olayalar baş verir.Bunlardan biri də icra başçısı İlham İsmayılovun hər ötən gün şəhər əhalisinə, eyni zamanda sahibkarlara qarşı aqressivləşməsi və pensiya yaşını keçmiş-qocaların vəzifələrə təyin olunmasıdır. Baxmayaraq ki, şəhərdə yüzlərlə ali təhsilli gənclər, xeyli sayda aili təhsilli müharibə iştirakçıları,qazilər iş tapa bilmir. İcra başçısının isə 2017-ci il sentyabrın 15-də Prezident İlham Əliyevin sərəncamı ilə növbəti “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı heç vecinə deyil…

Dünyanınsəsi.Az saytına məlumat verən Mingəçevirdəki gənclərin  bildirdiyinə görə,icra başçısı İlham İsmayılov ona müraciət edən gəncləri,qaziləri işlə təmin etmək əvəzinə yaşı 65-dən yuxarı olan şəxsləri vəzifəyə təyin edir. Bunlardan biri də 2021-ci ilin ilk aylarına qədər Şəki Rayon İcra hakimiyyətinin müavini işləmiş, mingəçevirlilər arasında “Marçello” ləqəbi ilə tanınan 69 yaşlı Nizami İsmayılovu Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinə rəis təyin edib. 4 ildən artıq həbsdə yatmış və Şəkinin icra başçısı Elxan usubovun “kassa”ların biri funksiyasını yerinə yetirimiş bu şəxsin qoca vaxtında vəzifəyə təyin olunması çox ciddi suallar yaradır. Özünün dostlarının yanında dediyinə görə prezidentin köməkçisi Zeynal Nağdəliyev köhnə komsomolçu “dostu” İ.İsmayılova tapşırıb ki,kişini işlə təmin etsin.İcra başçısı da gənc və savadlı kadralara göz dağı verə-verə qocaman “sənətkarı” 70 yaşında vəzifədən qovulmuş Qürbət Məmmədovun yerinə təyin edib.”Marçello” da kresloya əyləşər-əyləşməz köhnə rəisin dədəsinə rəhmət oxudub. Aylardır əmək haqqı alamayan işçiləri acılayaraq onları qəbul etməkdən boyun qaçırıb və bu azmış kimi işçiləri hədələyib ki,”səsinizi kəsin,oturun yerinizdə.Pulu gedin Qürbətdən istəyin.Mənim sizin dədənizə borcum yoxdur.Yoxsa sizi çölə ataram”….(bu barədə daha geniş informasiyanı sonra təqdim edəcəyik)

Amma Mingəçevirdəki tragikomediyalara təkcə bununla bitmir.İcra başçısı İlham İsmayılov yaşı 70-i ötmüş zorla ayaq üstə duran İcra hakimiyyətinin Əsaslı tikinti, təmir və abadlaşdırma şöbəsinin müdiri Arif Musayevi bilinməyən səbəblərdən vəzifədə saxlayır.Uzun illər mingəçevirlilərin başına oyunlar açımış,yüzlərlə insanın “torbalarını tikmiş” və ötən il pensiyaya göndərilmiş başçının müavini ƏIi Qəniyevə də icrada yenidən iş verilib.Yaşı 70-i ötmüş və işçilərin əmək müqavilələrində saxtakarlığıa yol vermiş bağça müdiri Bəşarət Mabudova da vəzifədə saxlanılanlardandır.Bu siyahıya 71 yaşlı Əli Ağamirovu da əlavə etməliyik.

Hazırda ölkəmizdə 200-dən artıq gənclər təşkilatı fəaliyyət göstərir. Azərbaycan gəncləri Avropa miqyasında, beynəlxalq qurumlarda təmsil olunurlar. Onlar beynəlxalq tribunalardan xalqımızın haqq səsini dünyaya yayır, beynəlxalq ictimaiyyətin əsl həqiqəti bilməsi üçün var gücü ilə çalışırlar. Qürurlu haldır ki, xalqımızın qəhrəmanlıq tarixini yazanlar da onlardır. Hər zaman adlarını fəxrlə çəkdiyimiz Mübariz, Fərid, Murad, Samid, Ruhin, Elnur, aprel döyüşlərinin onlarla qəhrəmanı bu gün Azərbaycanımızda yüzlərlə, minlərlədir.

Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinə şəhər əhalisi arasında reputatsiyası heç də yaxşı olmayan və icra hakimiyyətinin digər şöbəsində işləmiş Sahib Əliyevin təyin olunması İlham İsmayılovun ANLAŞILMAYAN ADDIMLARINDAN biridir. Baxmayaraq bütün icra hakimiyyətlərində yeni yaradılmış şöbənin müdirliyinə Qazilər təyin edilib.Mingəçevir şəhərində isə  İlahm İsmayılov cənabları dövlətin gənclər siyasətinin əksinə gedir.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də