Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bərdəlilər Nizamini niyə unudub?

RegionTV.info
13 ildən çoxdur ki, dünya şöhrətli dahinin sökülmüş heykəli bərpa edilmir. 

Nizami Gəncəvinin  öz əsərlərində  ən çox təriflədiyi şəhər qədim Bərdədir. Bir vaxtlar bu şəhərdə Nizaminin heykəli  də var idi, parkı da var idi, adına kinoteatr da...
Mərkəzi küçə də şairin  adını daşıyırdı. İndi nə heykəldən əsər-əlamət var,  nə parkdan, nə kinoteardan, nə də dünya şöhrətli dahinin adını daşıyan küçədən.

Səhv etmirəmsə, 2007-ci ildən Bərdə Rayon İcra Hakimiyyəti binası ilə üzbəüz Heydər Əliyev muzeyinin və heykəlinin beş addımlığında ucalan Nizami Gəncəvinin heykəli götürülmüş və yerində Muğam Evi tikilmişdi. Azərbaycan Bələdiyyə sisteminin internet saytında 26 mart 2008-ci il tarixdə  verilmiş məlumatda deyilirdi ki, Bərdədə -Tərtər çayının yaxınlığında Nizami parkının inşasına start verilib, heykəl də orada qoyulacaq. Həmin il park  da, heykəl də hazır olmalıydı. Artıq 13 ildən çox vaxt keçsə də, nə parkdan xəbər var, nə də heykəldən. Bir neçə il əvvəl heykəl Bərdə yol istismar idarəsinin həyətində saxlanılırdı. Səhifəmdə olan birinci fotoda həmin vaxt çəkilib.

Bizi bağışla, şair, sənin müqəddəs ruhun qarşısında günahkarıq. Sən səkkiz yüz il əvvəl  Bərdəni nəzmə çəkib tərənnüm etdin, biz isə əndazəyə sığmayan sayğısızlıq göstərib sənin heykəlini götürdük. Bu utanc verən hadisədən illər keçsə də, özümüzdə güc toplayıb kifayət qədər böyük olan Bərdə şəhərində münasib bir yer tapıb sənin heykəlini yenidən ucalda bilmirik.
Buraxılan səhvi düzəltmək, yol verilən günahı yumaq üçün göstərilən cəhd isə  heç zaman gec deyil. Nəzərə alsaq ki, bu il Nizami ildir  o zaman düşünməyə dəyər.

Mən hesab edirəm ki, dahi şairin heykəli rayonun girişində, bayraq meydanında ucaldıla bilər. Hər halda bu mənim düşüncəmdi.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də