Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Gəncədə yaşayış binasında yanğın olub, 3 nəfər xəsarət alıb - FOTO

Gəncədə yanğın hadisəsi baş verib.
RegionTV.info xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev Prospektində yerləşən 4 mərtəbəli binanın sonuncu mərtəbəsində qeydə alınıb.
Sözügedən ünvandakı mənzildə yanğının anidən baş verdiyi bildirilib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.
İlkin məlumata görə, yanğının qazsızma səbəbindən baş verdiyi ehtimal olunur.
Yanğın zamanı 3 nəfər yanıq xəsarəti alıb. Bina sakinləri təxliyə edilib.
Gəncə də 4 mərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində baş verən yanğın qonşu mənzilə də keçib.
Hazırda FHN əməkdaşları tərəfindən yanğının söndürülməsi istiqamətində müvafiq tədbirlər davam etdirilir.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də