Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ayaqlarında tez-tez qıcolmalar olan adamlar mütləq oxusunlar

RegionTV.info                                                   
Əzələlərin tonik qıcolması qəfil və gözlənilmədən əzələlərdə meydana çıxan qısamüddətli ağrılardır. Qıcolmalar zamanı ayaqlarda bıçaq batırmış kimi hissiyat olur və bəzən insan ağrının şiddətindən qışqırmağa məcbur olur. Bu hissi demək olar ki, bütün yaşlı insanlar keçirib. Əzələlərdə baş verən qıolma xəstəlik deyil, müxtəlkif xəstəliklərin əlamətidir. Qıcolma orqanizm üçün bir siqnaldır, ağır xəstəliklərin verdiyi bir siqnal.
Qıcolma neyronların patoloji oyanmasıdır. Bu zaman sinir impulsları bədənin hüceyrələrindən orqanlara keçir, əzələ-sinir snapsları, sinir lifləri qarşılıqlı hərəkətə keçirək ağrı və spazmlar əmələ gətirir. Buna görə də müvəqqəti əzələ sıxılması baş verir. Qıcolma zamanı əzələlərin sıxılmaası aşağıdakı qaydada baş verir.Sinir impulsları beyinə təsir edir və sinir lifləri ilə geriyə əzələlərə dönür. Qıcolmalar aşağıdakı səbəblərdən əmələ gəlir:
* baş-beyində yerli impulsasiyanın olmaması
* asetilxolin axınının çoxalması
* miositlrin axınının azalması
* ATF-in tərkibinin zəifləməsi
* zülalların genetik deffekti
Aşağıdakı hallarda əzələrdə qıcolma meydana çıxır:
* orqanizmdə maqnium çatışmazlığı olduqda və ya maqniumun bağırsaqlardan sorulması baş vermədikdə
* orqanizmdə kalsium çatışmazlığı olduqda və ya kalsiumun bağırsaqlardan sorulması baş vermədikdə
* orqanizmdə kalium çatışmazlığı olduqda və ya kaliumun bağırsaqlarda sorulması baş vermədukdə
* anemiya xəstəliyi zamanı
* şəkərli diabetdə
* D vitamini çatışmazılığı olduqda
* orqanizmdə enerji aclığı yaşandıqda (aclıq və ya az kalorili qida qəbulu zamanı)
* idmanla məşğul olduqda
* uzun müddət stress yaşadıqqda
* uzun müddət diareya olduqda
* uzun müddət ayağı eyni vəziyyətdə saxladıqda
Uzun müddət ayaq əzələlərində davamlı olaraq qıcolmalar baş verirsə, mütləq həkimə müraciət etmək lazımdır. Əlamətin baş verməməsi üçün onu əmələ gətirən səbəbi tapmaq və müalicə olunmaq lazımdır. Müalicənin keyfiyyətini artıqmaq üçün isti su vannaları, isti geyimlər, massaj və soyuqdan uzaq durmaq lazımdır. Çünki bunlar qıcolmaların aradan qalxmasına səbəb olur.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də