Yəməndə Husi üsyançıları Marib şəhərinə hücum edib.
RegionTV.info xəbər verir ki, hücum zamanı pilotsuz uçuş aparatlarından, iki ballistik raketdən və minalanmış vasitələrdən istifadə edilib. Nəticədə aralarında qadınların da olduğu 8 nəfər həlak olub. 27 yaralı var. Bəzi mənbələr tələfatın daha çox olduğunu yazır. Məlumata görə, raketlərdən biri namaz vaxtı məscidə tuş gəlib. Digər raket isə qadınların saxlanıldığı həbsxananın həyətinə düşüb.
Qeyd edək ki, Marib şəhəri mərkəzi hökumətin önəmli “qalası” hesab olunur.
Xəbəri paylaş