Azərbaycan Güləş Federasiyası orduya dəstək məqsədi ilə qanvermə aksiyası keçirəcək.
Qurumdan bildirilib ki, federasiya rəsmiləri, məşqçilər və güləşçilər yaralı əsgər və zabitlər üçün qan verəcək.
Qanvermə aksiyası sabah saat 15:15-də Mərkəzi Hərbi Hospitalda başlayacaq.