
RegionTV.info xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb. Belə ki, Zığ şosesində üç avtomobil toqquşub. Qəzaya uğrayan avtomobillərdən biri sonradan velosipedə çırpılıb. Hadisə nəticəsində bir neçə nəfərin (şəxsiyyətləri dəqiqləşdirilir-red) xəsarət aldığı bildirilir. Faktla bağlı araşdırma aparılır.