Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakıda usta seks işçisini ÖLDÜRDÜ

Hacıqabulda fahişəni öldürən, Bakıda isə transseksualı öldürməyə cəhddə təqsirləndirilən Hikmət Fərəcov bu əməlləri niyə etdiyini açıqlayıb.
RegionTV.info xəbər verir ki, bu cinayət işi üzrə hadisəni törədən şəxsin və sağ qalan transseksualın ifadəsini təqdim edir.
Hadisəni törədən H.Fərəcov ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərib ki, ailəlidir, himayəsində iki övladı var:
"Usta işləməklə ailəmi dolandırmışam. Hadisə günü pivə içmək üçün yaşadığım Hacıqabul rayonunun Nəvahi kəndində yerləşən "Tural" kafesinə getdim və orada pivə içdim. Bundan sonra əxlaqsız qadınları öldürmək fikrinə düşdüm. Həmin vaxt, təxminən saat 23-də qarşıma Şəlalə adlı fahişəliklə məşğul olan qadın çıxdı. Onunla əvvəllər bir dəfə cinsi əlaqədə olmuşdum. Onunla yenə münasibətdə olmaq istədim. Lakin müştərisi olduğu üçün mənə yox dedi. Gedib marketdən bıçaq aldım. Sonra qarşıma daha bir fahişə çıxdı. Fidanla (ad şərtidir) 10 manat qarşılığında cinsi münasibətdə olmaqla bağlı razılığa gəldik, pulu verdim. Məqsədim onunla cinsi əlaqədə olmaq yox, onu öldürmək idi. Bundan sonra birlikdə yoldan üzü yaşıllıq sahəyə tərəf getdik. O, hər şeydən xəbərsiz idi. Səsi çıxmasın deyə, anidən sol əlim ilə Fidanın ağzından tutdum. Sağ əlim ilə bel kəmərində saxladığım bıçağı çıxardıb onun boğazının qabaq tərəfinə bir zərbə endirdim. Fidan xırıldamağa başladı, yerə yıxıldı. Fidanın çantasından salfet çıxarıb bıçağı və əlimi sildim. Çantada olan 40 manatı götürdüm".
Təqsirləndirilən şəxs deyib ki, daha sonra kafeyə gəlib Şəlaləni gözləyib:
"Bayaq mənimlə olmaqdan imtina edən və "Kamaz" sürücüsü ilə gedən Şəlaləni səhərə qədər gözlədim. Məqsədim onu da öldürmək idi. Lakin sonuncu gəlib çıxmadı. Bundan sonra avtobusla Bakı şəhərinə gəldim. Məqsədim əxlaqsız həyat tərzi sürən şəxsləri öldürmək, cəmiyyəti onlardan təmizləmək olub. Saat 7:20-də metronun "20 Yanvar" stansiyasının yaxınlığında avtobusdan düşdüm. Sosial şəbəkələrdə əxlaqsız həyat tərzi sürən bir neçə şəxsin nömrələrini götürdüm. Həmin gün əsasən "20 Yanvar" dairəsi ətrafında və "Şamaxinka" adlanan ərazilərdə gəzdim. Günorta vaxtı Fidanı öldürdüyüm bıçağı tulladım. Ondan götürdüyüm pullar qurtardığı üçün, öz telefonumu "20 Yanvar" metrostansiyasının yaxınlığında mağazada satdım. Gecəni isə yaxınlıqdakı oteldə keçirdim. Səhəri gün sosial şəbəkədən götürdüyüm nömrələrdən birini yığdım. Söhbət zamanı qadın kimi bildiyim şəxslə görüş təyin etdim. O məni evinə dəvət etdi. Görüşdən əvvəl iki qab "Əfsanə" pivəsi içdim. Danışılan vaxtda, yəni günorta saat 13 radələrində həmin mənzilə getdim. Mənzilin qapısını qara saçlı qadın olduğunu düşündüyü şəxs açdı. Sonradan qadının əslində kişi olduğunu bildim. Onunla yataq otağına keçdim. 40 manat ödəniş etdim. Sonuncu mənim yanında uzanıb, bədənimə toxunmağa başladı. Bu zaman bıçağı çıxarıb onun bədəninə 2-3 bıçaq zərbəsi vurdum. O qışqırmağa başladı, otağa tanımadığım şəxs daxil oldu. Səs-küy düşdüyündən, bıçağı yataq otağında döşəmənin üzərinə atıb çılpaq vəziyyətdə mənzildən qaçdım. Çöldə mənzilin yaxınlığında polis əməkdaşı  məni paltarsız görüb saxladı. Törətdiyim hadisə barədə polislərə məlumat verdim. Məni 39-cu Polis Bölməsinə apardılar. Əməlimdən peşmanam".
Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Nihat (ad şərtidir) ifadəsində göstərib ki, transseksualdır. Valideynləri və bacısı Masallıda yaşayırlar. 2019-cu ilin avqust ayından Bakı şəhərinə köçüb. Bakıda dostları özü kimi transseksuallarla birlikdə yaşayır:
"Yaşadığımız evdə həm də intim xidmətlər göstəririk. Müştərilərlə adətən sosial şəbəkələrdə tanış olub, kirayə qaldığım ünvana çağırmışam. Hadisə günü bir oğlan zəng vurub görüşmək istədiyini bildirdi. Qiymətdə razılaşdıq, ünvan verib evə dəvət etdim. Hikmət 40 manat pul ödədi. Birlikdə yataq otağına keçdik. O ayaq yoluna getdi, məndə pulu ev yoldaşıma verdim. Ona soyun gəlirəm dedim. Hikmətlə yatağa girəndən sonra onu sığallamağa başladım. Bu zaman o mənim üstümə çıxdı, əli ilə boğazımdan sıxmağa başladı. Qəfildən bıçaqla zərbələr vurdu. Qışqırdım. Səsimə ev yoldaşlarım içəri daxil oldu. Hikmət bu zaman çılpaq şəkildə qaçdı.  Bundan sonra huşumu itirdim, ayılanda xəstəxanada idim. Hikmət məni heç bir səbəb olmadan öldürməyə cəhd edib. Ona ağır cəza təyin edilməsini xahiş edirəm".
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Hikmət Fərəcov 19 il müddətinə azadlıqdan məhrum edilib.//Lent.az

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də