Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakıda sərnişin avtobusun şüşəsini yumruqla sındırdı (VİDEO)

Ötən gün saat 18:40 radələrində 28 May - 9-cu Mikrorayon (Adil Məmmədov) küçəsi istiqamətində hərəkət edən 85 saylı marşrut xətti üzrə hərəkət edən 99 JS 787 dövlət qeydiyyat nişanlı "İsuzu Citiport" markalı avtobusda sərnişinlərdən biri tərəfindən insident törədilib.
RegionTV.info-nun xəbərinə görə, avtobusun Ziya Bünyadov prospekti 7A ünvanındakı dayanacaqda dayanmasından sonra orta və ya arxa qapıdan deyil, təkidlə ön qapıdan enən sərnişin daha sonra geri qayıdaraq nəqliyyat vasitəsinin ön şüşəsini yumruqla zərbə endirərək sındırıb.

Törədilmiş əməllə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib.



Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də