
5 noyabr 1615-ci ildə Osmanlı sultanı birinci İbrahim dünyaya gəlib.Osmanlı sultanı birinci İbrahim - Dəli İbrahim ləqəbi ilə tanınan hökmdar öz misilsiz iyrəncliyi ilə tarixdə iz qoyub.
Səltənətinin yarısını kök qadınlarla eyş-işrətə xərclədiyi qısa zamanı çıxsaq, demək olar ki, ömrünün böyük hissəsini qəfəsdə yaşayaraq keçirib. 1640-ci ildə taxta çıxandan sonra, 8 il hakimiyyəti dövründə o, seksdən, sərxoşluqdan və kənizlərlə intim oyunlardan başqa qətiyyən heç nə ilə məşğul olmayıb. Şübhəsiz, ən pis türk hökmdarlarından biri olub və öz xalqının kəskin nifrətini qazanıb.
RegionTV.info Kösəm sultanın oğlu Osmanlı hökmdarı Dəli İbrahim haqda yazını oxuculara təqdim edir:
Kösəm sultan osmanlı tarixinin 1603-1651-ci il dövrlərində, təxminən 50 il müddətində saray içində mükəmməl gücə sahib olmuş, osmanlı tarixinin öldürülən ilk validə sultanıdır.

Saray əhli uşaqlıqdan İbrahimi ruhi xəstə, küt və axmaq kimi tanıyırdı və buna görə də, taxt-tac uğrunda mübarizədə onu təhlükəli silah hesab etmirdilər. Onu daim "Qəfəs" adlanan, sarayın xüsusi qapalı hissəsində saxlayırdılar. Adi insanların ora getməsi qəti qadağan idi. Prinsipcə, bütün Osmanlı şahzadələri təcrid olunaraq saxlanılsalar da, İbrahim üçün hər şey daha ciddi idi. Dəhşətli fakt odur ki, ona xidmət edən qadın qulluqçuların uşaqlıq yumurtaları əvvəlcədən çıxarılırdı, kişi qulluqçuların isə qulaq pərdələri və dillərini kəsirdilər. Səbəbləri aydın olmayan, təəccüb doğuran bu cəhənnəm mühitində böyüyən uşaq, aydındır ki, tamamilə dəli olacaqdı. Ola bilsin ki, bu, həm də əvvəlcədən fikirləşilmiş plan idi.

Qeyd etdiyimiz kimi, onun taxta gətirilməsində əsas fiqur yunan keşişinin qızı, imperiyanın ən möhtəşəm validə sultanlarından olan, dul qalmış Kösəm sultan idi. Kösəm sultan çoxdan başa düşürdü ki, İbrahim böyük siyasətdə zəif fiqurdur və beləcə bütün hakimiyyəti ayrılmaz müttəfiqi, gizli sevgilisi sayılan vəziri ilə birlikdə idarə edəcək.

"İbrahim zəif, iradəsiz insan idi. O, atasından irsən yalnız qəddarlığı almış, onun etdiyi yaxşı əməllərin heç birini götürməmişdi. Mahiyyətinə görə acgöz, məsuliyyətsiz, prinsipsiz, xarakterinə görə isə yalnız öz hərəmi ilə məşğul olmağı sevən, öz yüngül əhval-ruhiyyəsinin və şəhvani istəklərinin qulu idi. Şəhər hamamları onun sərəncamları ilə yoxlamalara məruz qalırdı: məqsəd onun eşqbazlığı üçün gözəl xanımlar tapmaq idi. Sultanın qəfil şıltaqlığını və ehtirasını təmin etmək üçün zərgər dükanları və avropa tacirləri talanlara məruz qalırdılar", - deyə "Osmanlı İmpratorluğunun yüksəlişi və çöküşü" kitabının müəllifi, məşhur yazıçı Lord Kinros qeyd edir.

Anası hiyləgər Kösəm başa düşür ki, hakimiyyəti öz əlində saxlamaq üçün varis lazımdır. Və İbrahimin bu zəfliyindən istifadə edərək, ona kök qadınlar axtarışına çıxır.
Hökmdarı isə öz növbəsində, yeni gözəlçələrdən başqa heç nə maraqlandırmırdı, o, bütün Aralıq Dənizinin ən gözəl qadınlarını ələ keçirmək istəyirdi. Amma hökmdar bu işdə də çox fərsiz idi: məşuqələri anası axtarmağa məcbur olurdu. İbrahimin hərəminə dünyanın hər yerindən ən kök qadınlar axın-axın gətirilirdi. Onların çəkisi 115-dən 230 kiloqrama qədər müxtəlif şəkildə dəyişirdi, buna baxmayaraq mənfur hökmdar onlardan heç cür doymaq bilmirdi. Onun kolleksiyasının incisi 160 kiloqramlıq füsunkar, "Şəkər kubik"i ləqəbli (görünür, bədənin formasına görə belə çağırılan) qadın idi.

Dövrün ən qüdrətli İmperiyasının hökmdarının ən sevimli məşğuliyyətlərindən biri də "at" oyunu idi. O, çılpaq formada bakirə qızların ətrafında dövr edir və təsadüfi seçdiyi qızın üstünə tullanır, digərlərinin gözü qarşısında qurbanın bakirəliyinə son qoyurdu. Çox qadın bu oyundan narahat idi və hətta utanırdılar, amma Əlahəzrətin istəyinə qarşı gəlmək mümkün deyildi. Zaman keçdikcə İbrahimin etdikləri xalq arasında yayılır, oradan da başqa ölkələrə keçirdi.

Nəhayət, bir dəfə İbrahim bütün mümkün olan həddi keçir və buna görə öz taxt-tacı ilə dərhal vidalaşmalı olur. O, iri məmur sayılan yüksək rütbəli din xadiminin, müftinin qızına göz salır. Ağlı başında olmayan hökmdar onu zorlayır və atır. Artıq heç kim imperiyada buna dözə bilmədi və saray əhli hökmdara qarşı üsyana qalxdı. Qəzəb o həddə idi ki, hökmdarı min yerə parçalamaq istəyirdilər. Dəli İbrahim dərhal anasının yanına qaçır və o, növbəti dəfə öz axmağ-oğlunu müdafiə etməyə müyəssər olur. Sultanı öldürmürlər, lakin onun üçün dəhşətli kabus sayılan qəfəsə qaytarırlar.
