Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi (DYP) bölməsinə yeni rəis təyin olunub.
RegionTV.info xəbər verir ki, bununla bağlı Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis kapitanı Ruslan Rəhimov Astara DYP-nin rəisi vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, o, bu təyinatadək Qəbələ DYP-də rəis müavini vəzifəsində çalışıb.
Xəbəri paylaş