
Anlaşılmazdır. Bizim məmləkətdə bir il üç aydır toylar qadağan edilib ki, azərbaycanlılar kütləvi şəkildə ailə qurmasınlar. Güdülən nəticə budur: dünyada daha çox azərbaycanlının sayı azalsın!"
RegionTV.info xəbər verir ki, bu fikirləri millət vəkili Fazil Mustafa ölkədə toy mərasimlərinə qoyulan qadağaya etiraz olaraq səsləndirib.
"Mənaca bir-birinə dəxli olmayan fərqli-fərqli sillogizmlərdən oxşar nəticələrin çıxmasına görəsən məntiqdə necə izah verirlər? Lütfizadənin itkisini indi hiss edirik. Formal məntiqə uyğun gəlmirik, qeyri-səlis məntiqə də yaxın düşməyə səlisliyimiz imkan vermir. 2039-cu ildə o dövrə qədər pandemiyadan sağ çıxan qocaman müxalifətçilər döşəyəcəklər yazıq səfərbərlik üzrə dövlət rəisinin qabırğasına: belə xəyanət olar, orduya niyə yüz-yüz əlli adam çağırmısan? Duymadıq, oxumadıq deməyin",-deyə deputat əlavə edib.