
“Cənab Prezident artıq Ağdam şəhər 1 nömrəli məktəbin təməlini qoydu. Eyni zamanda Baş Planda nəzərdə tutulub ki, bölgədə böyük bir Qarabağ Universiteti məhs Ağdam şəhərində yaradılsın. Bununla yanaşı, müxtəlif texniki peşə məktəblərinin və liseylərinin də inşası nəzərdə tutulur. Bütün bunların konsepsiyası hazırda işlənilir və hazır olduqca ictimaiyyətə təqdim olunacaq”.