Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Erməni polkovnikdən Azərbaycana GÖZLƏNİLMƏZ TƏKLİF: Mina xəritələrini istəyirsinizsə, bunu edin

Xəbər verdiyimiz kimi, iyunun dördündə erməni işğalçıları tərəfindən qoyulmuş minanın partlaması nəticəsində Kəlbəcərdə azərbaycanlı jurnalistlər - Azərtacın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışov şəhid oldular. Baş vermiş bu hadisədən sonra erməni komandirlərindən biri, polkovnik Koryun Qumaşyanın açıqlaması sensasiya yaradıb.
RegionTV.info xəbər verir ki, Polkovnik Koryun Qumaşyan bildirib ki, onlar Laçın və Kəlbəcərdə 17 yük maşını mina basdırıblar.
"Mən kontingentimlə birlikdə Laçın və Kəlbəcər yaxınlığında 17 yük maşını mina basdırdıq. Bu ərazidə minalar olduğuna görə heç nə edə bilməyəcəksiniz. Hərbi əsirlərimizi bizə qaytarın və mən mina xəritəsini sizə verəcəyəm".

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də