Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

SON DƏQİQƏ! Qardaş ölkədən acı xəbər gəldi: Ölənlər var

Pakistanda iki qatar toqquşub.                                                                         
RegionTV.info xəbər verir ki, bu barədə yerli "ARY News" telekanalı məlumat yayıb.
Məlumata görə, hadisə ölkənin cənubunda qeydə alınıb. Qəza nəticəsində azı 30 nəfər həlak olub.
Telekanalın məlumatına görə, sərnişin qatarları Sind əyalətində, Qotki rayonunda dəmiryol stansiyasında toqquşub. Dəmiryol idarəsinin nümayəndəsi qeyd edib ki, relsdən çıxmış qatar digər qatara çırpılıb.
Yerli hakimiyyət orqanının təmsilçisi Usman Abdulla qəza zamanı azı 30 nəfərin öldüyünü təsdiqləyib. O, qeyd edib ki, daha bir neçə nəfər vaqonların dağıntıları altında qalıb.
TV9 Hindi telekanalı isə bildirib ki, qəza zamanı 33 nəfər həlak olub, daha 50 nəfər xəsarət alıb.
Hadisə yerinə polis və xilasedicilər cəlb edilib. Qatarların toqquşmasından sonra bu ərazidə qatarların hərəkəti dayandırılıb

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də