Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Şahzadə Harri və Meqan Marklın qızı dünyaya gəlib

Britaniya şahzadəsi Harri və onun xanımı Meqan Marklın 4 iyun tarixində ikinci dəfə övladları dünyaya gəlib.                                                                                         
RegionTV.info bildirir ki, Sasseks hersoqu və hersoginyası tərəfindən təsis olunmuş "Archewell" ictimai təşkilatının saytında yerləşdirilən açıqlamaya görə, uşağa Lilibet Diana adı verilib.
Taxt-tac varisliyi növbəsində səkkizinci yeri tutan qız uşağı Şahzadə Harri və Meqan Marklın bir ildən çox yaşadıqları Santa-Barbara (Kaliforniya) xəstəxanasında dünyaya gəlib. "Həm ana, həm də körpə hazırda yaxşıdırlar, artıq evdədirlər", - məlumatda belə deyilir.
Uşağa Böyük Britaniya kraliçası II Elizabetin (məhdud ailə dairəsində onu Lilibet deyə çağırırlar) və Şahzadə Harrinin anası Şahzadə Diananın (1961-1997) şərəfinə bu ad verilib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də