
İdarənin şöbə rəisi polis polkovniki Vaqif Əsədov RegionTV.info-ya açıqlamasında bildirib ki, özünü jurnalist kimi təqdim edən Rauf Sultanov adlı şəxsin jurnalist imzasını axtarsaqda tapa bilmədik, amma ağız dolusu haqsızlıqlıqla üzləşdiyini qeyd edən dırnaq arası “jurnalist”in vətənaş kimi məlumatlarına baxdıqda aydın olur ki uzun illərdir bu şəxsin həyat tərzində qanunsuz əməllərdən başqa heçə nə yoxdur. Əlavə edirik ki, son bir neçə ay ərzində Rauf Sultanov idarə etdiyi Tofaş markalı 99-OS-084 dövlət qeydiyyat nişanlı avtomobili ilə konstuksiya dəyişikliyi, (yayların kəsilməsi) əlavə avadanlıq quraşdırıldığı yəni çox avazlı səs siqnalları, nəqliyyat vasitəsini dövlət qeydiyyat nömrəsiz idarə etdiyi, bütün şüşələrinə kustar teatıral pərdələr quraşdırması, və sair kobud qayda pozuntuları müəyyən edilmişdir. Bu qayda pozuntularını sadalamaqda məqsədimiz özünü vicdanlı vətəndaş kimi təqdim edən şəxsin portretini cəmiyyətə təqdim etməkdir. Buyurub həmin avtomobilin nə hala salındığını və necə idarə olunduğunu Sizə təqdim edirik!
Vaqif Əsədov qeyd edir ki, tərəfimizdən belə sürücülərlə daim mübarizə aparılır və aparılacaqdır. Özünü qanundan üstün bilən hər bir kəs qanun qarşısında mütləq cavabını almalıdır.

