Gəncədə bıçaqlanma hadisəsi baş verib.
RegionTV.info bildirir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb.
1986-cı il təvəllüdlü Hüseynov Rəşad Qaçay oğlu qarnının kəsilmiş-deşilmiş bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. 35 yaşlı kişi cərrahi əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.
Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş