Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakıda motosikletçini avtomobil vurub

Paytaxtın Nizami rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.         
RegionTV.info bildirir ki, yol qəzası B.Çobanzadə və R.Rüstəmov küçələrinin kəsişməsində baş verib.
1987-ci il təvəllüdlü İmanov Elçin İmanqulu oğlu idarə etdiyi motosikletlə işıqforun yaşıl işığından keçərkən onu minik avtomobili vurub. E.İmanov sağ bud sümüyünün qəlpəli sınığı və kəllə-beyin travması diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də