Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Siracla Məhərrəmin son şəklini çəkən fotoqraf danışdı

"Azərtac" Xəbər Agentliyinin fotoqrafı Rəşad Mehdiyev Kəlbəcərdə minaya düşərək şəhid olan jurnalistlərin özünün çəkdiyi son fotolarını paylaşıb.                                              
RegionTV.info xəbər verir ki, fotoqraf şəklə "Hadisədən bir gün öncə təsadüfən çəkdiyim şəkil. Həmin Sirac, həmin Məhərrəm, həmin "KamAz"..." şərhini yazıb.
Şəklin tarixçəsi ilə maraqlanmaq üçün fotoqrafla əlaqə saxlandı.
R.Mehdiyev açıqlamasında bildirib ki, həmin şəkli Qubadlının kəndlərindən birində çəkib:
"Təsadüfən çəkilən şəkildir. Maşından təzə düşmüşdük. Fotodan da göründüyü kimi, maşının qapısı açıqdır. Onlar bir-biri ilə nəsə danışırdılar. Aralıda dayanmışdım, uzaqdan onların şəklini çəkdim.
Hər dəfə şəkillərini çəkəndə deyirdim, bizə qalan fotolar, videolar olacaq.
Bu şəkli çəkəndən sonra məni gördülər, gülümsədilər. Səhəri gün belə faciənin baş verəcəyini heç gözləmirdik".
Qeyd edək ki, iyunun 4-də saat 11:00 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu "KamAz" markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində üç nəfər - Sirac Abışov (Az TV telekanalının operatoru), Məhərrəm İbrahimov ("Azərtac" xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub, digər dörd nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdiriliblər.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də