Paytaxtın Nizami rayonunda qadın yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alıb. RegionTV.info bildirir ki, yol qəzası Heydər Əliyev prospektində baş verib. 1983-cü il təvəllüdlü Həsənova Fazilə Fazil qızı yolu keçərkən onu minik avtomobili vurub. Yaralı xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.