Sumqayıtda bədbəxt hadisə baş verib.
RegionTV.info-nun məlumatına görə, hadisə şəhərin 12-ci mikrorayonu ərazisində qeydə alınıb.
Gənclər arasında yaranmış anlaşılmazlıq ölümlə nəticələnib. Mübahisə zamanı 1993-cü il təvəllüdlü İmanlı Vahid Cavanşir oğlu yerə yıxılıb və başı daşa dəyib.
28 yaşlı gənc aldığı xəsarətdən dünyasını dəyişib.
Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş