Şəkinin Kiş kəndində boğulma hadisəsi qeydə alınıb.
RegionTV.info xəbər verir ki, hadisə dünən axşam saatlarında Qurucana çayında baş verib. Çaya gələn güclü sel kənd sakini, 1996-cı il təvəllüdlü Şamil Azər oğlu Əhmədovu aparıb. 25 yaşlı Ş.Əhmədovun meyiti çaydan çıxarılaraq, aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, Ş.Əhmədov yeni ailə qurmuşdu.
Xatırladaq ki, Şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür
Xəbəri paylaş