Şri-Lankada güclü yağışların yaratdığı daşqınlar və torpaq sürüşmələri nəticəsində ən azı 14 nəfər ölüb.RegionTV.info xəbər verir ki, hökumətin təbii fəlakətlərlə mübarizə mərkəzinin yaydığı məlumata görə, ötən cümə axşamı günündən bəri adanın əksər ərazilərinə güclü yağış yağıb, bir çox evi, çəltik tarlalarını və yolları su basb. Fəlakətlərə Qarşı Mübarizə Mərkəzinin verdiyi məlumata görə, on nəfər sel, daha dörd nəfər isə torpaq sürüşməsi nəticəsində həyatını itirib. İki nəfərin isə itkin düşdüyü və axtarışlarının davam etdiyi bildirilir.


