“Azərsu” ASC elektrik sahəsi üçün lazım olan mal-material və avadanlıqların satın alınması (1), eləcə də elektrik və mexanika avadanlıqlarının satın alınması (2) ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.
"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderlərin qalibi “İnterkabel” firması və “Universal Pro” MMC-dir.
Qalib şirkətlərə 2 mln 295,4 min manat və 1 mln 845,1 min manat, ümumilikdə isə 4 mln 140,5 min manat ödəniləcək.