
RegionTV.info xəbər verir ki, bu barədə Çinin CGTN telekanalı məlumat verib.
Veydonq Yin “Sinovac”ın bu ilin əvvəlində gənclər üzərində klinik sınaqlara başladığını, birinci və ikinci mərhələlərin tamamlandığını deyib.
I və II mərhələlərdə aparılan klinik sınaqların ilkin nəticələrinə görə, peyvəndin 3-17 yaş arası uşaqlarda immunitet yaratdığı və əksər yan təsirlərinin yüngül olduğu bildirilib.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 1 iyun tarixində Çin tərəfindən hazırlanan “Sinovac” peyvəndinin təcili istifadəsini təsdiqləyib.