Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Şəmkirdə kişi qonşusunu bıçaqladı

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.                                                     
RegionTV.info bildirir ki, hadisə rayonun Seyfəli kəndində qeydə alınıb.
Kənd sakini 1986-cı il təvəllüdlü Vasif Həsənov 3 bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Xəstə əməliyyat olunub, vəziyyətin kafi olduğu bildirilir. İlkin araşdırma zamanı məlum olub ki V.Həsənovu şəxsi münasibətlər zəminində qonşusu 1982-ci il təvəllüdlü Vüsal Hüseynov bıçaqlayıb. Hadisəsi törədən şəxs Şəmkir Rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də