
RegionTV.info bildirir ki, bu sözləri Xalq artisti Elxan Qasımov "Elgizlə izlə" verilişinə zəng edərkən deyib. Aktyor aparıcı Elgiz Əkbərə "eybəcər" deməsindən danışıb:
"Bu söhbəti böyüdüblər ki, reytinqimiz aşağı düşsün. Ya sənə, ya mənə qarşı təxribatdır. 75 yaşında insanam, hamıya gözəl sözlər deyən biri kimi tanınmışam. Birdən-birə bizi bir-birimizə qarşı belə döndərmək, bunu Şekispirin Yaqosu da etməzdi. Fürsətdən istifadə edib, anandan üzr istəyirəm. Səndən üzr istəyə bilmərəm, yaşım o deyil. Biz barışaq, özümüz buna nöqtə qoyaq. Əgər desəydim ki, "gözəl inşandı" yaşadığı binada, işdə heç kim gətirib o qəzeti ona verməzdi. Ola bilsin ki, demişəm".