
RegionTV.info xəbər verir ki, bu gün mərhumun üç mərasimi keçirilib.
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Abdullayevlər ailəsinə baş çəkib, gəncin doğmalarına və yaxınlarına başsağlığı verib, onlara səbir diləyib. Mərasimdə kənd sakinləri və Dmanisi merinin müavini Arif Süleymanov da iştirak edib.
Qeyd edək ki, V.Abdullayevin qətlində ittiham olunan yol polisi müfəttişi Aleksandr Qusev həbs edilsə də, ötən gün azadlığa buraxılıb.