Yəməndə 35 balıqçının həyatı inanılmaz tapıntı ilə dəyişib.
RegionTV.info xəbər verir ki, onlar dənizdə suyun üzünə çıxan tələf olmuş iri balina ilə üzləşiblər. Balıqçılar balinada nadir ənbər maddəsinin olacağını güman edərək onu sahilə daşıyıblar. Kasıb balıqçılar gümanlarında yanılmayıblar. Balinanı yaran balıqçılar kusmuğu çıxarıblar.
Onun dəyərinin 1,5 milyon dollardan çox olduğu məlum olub. Qeyd edək ki, ənbər olaraq bilinən maddə bahalı ətirlərin hazırlanmasında istifadə olunur.
Xəbəri paylaş