RegionTV.info-nun məlumatına görə, hadisə Kəlbəcərin Susuzluq kəndində baş verib. Sözügedən kənddə çəkiliş aparmaq üçün əraziyə gedən jurnalistləri daşıyan avtobus minaya düşüb. Nəticədə AzTV-nin teleoperatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və AZƏRTAC-ın müxbiri 1982-ci il təvəllüdlü Məhərrəm İbrahimov həyatlarını itiriblər.
Hadisə zamanı Azərbaycan Televiziyasının rejissoru Emin Məmmədov, avtobusun sürücüsü və kənd sakini yaralanıblar.