Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Döş xərçənginin 6 əsas əlaməti

RegionTV.info                                                                                                   
* Döşün üstündə, ətrafında və yan əzələlərində kiçik çökəkliklərin olması* Döşün birindən rəngsiz (süddən fərqli) və ya qanlı axıntının gəlməsi
* Döşün ölçüsünün, formasının dəyişilməsi
* Süd vəzinin üst hissəsinin ətraf toxumadan seçilməsi
* Döşün ucunda qaşınma, ağrı hissinin olması
* Döş giləsinin içəriyə doğru dartılması.
Mütəxəssislər yuxarıdakı əlamətləri döş xərçənginin əsas əlamətləri kimi qəbul etsələr də xəstəliyin digər fərqli xüsusiyyətlərinin olduğunu da qeyd edirlər. Bu əlamətlər isə döş xərçənginin müayinəsi zamanı meydana çıxır.
Döş xərçənginin verdiyi əlamətlər hər qadında fərqli olur. Bu əlamətlər isə mammoqrafiya zamanı meydana çıxır. Amma əsas əlamət kimi döşün quruluşunun dəyişilməsi, döşün giləsindən axıntının gəlməsi və döş giləsinin formasının dəyişilməsidir.
Mütəxəssislər döş xərçəngi xəstəliyinin artmasını nəzərə alaraq bütün qadınları özlərinə qarşı diqqətli olmağa çağırır:
 Döşlərdə və ətraf əzələlərdə əmələ gələn çökəkliklər xərçəngin əlaməti sayılsa da, bəzən bu belə olmaya bilər.
 Döş giləsindən gələn axıntı xərçəng deyil, infeksiya səbəbli ola bilər.
 Döşün üst hissəsinin portağal qabığı şəklində çopur olması xoşagələn əlamət hesab edilmir.
 Qaşınmalar, döş giləsinin ətrafında əmələ gələn səpgilər müxtəlif səbəblərdən də meydana çıxa bilər.
 Sıxılmış və içəri doğru dartılmış döş giləsi xoş olmayan bir əlamət sayılır.
Mütəxəssislər qeyd edilən əlamətlərdən bir-ikisinin olduğu təqdirdə mütləq həkimə müraciət etmənin vaxtı çatdığını söyləyirlər.
Əgər sizin yaşınız 40-ı keçibsə, o zaman sizdə də döş xərçəngi riski vardır. Bu səbəbdən də hər bir qadın ən azı ildə 1 dəfə mammoqrafiyadan keçməli və həkimə müraciət etməlidir.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də