Erməni mənbələrinin verdiyi məlumata görə, Azərbaycan əsgərləri ilə əlbəyaxa dava zamanı Ermənistan ordusunun bir neçə hərbçisi xəsarətlər alıb. Ermənistan-Azərbaycan sərhədində növbəti insident baş verib.
RegionTV.info xəbər verir ki, hərbçilər arasında toqquşma Geqarkunik bölgəsində qeydə alınıb.
Erməni mənbələrinin verdiyi məlumata görə, əlbəyaxa dava zamanı Ermənistan ordusunun bir neçə hərbçisi xəsarətlər alıb. İnsident zamanı odlu silahdan istifadə edilməyib.
Ermənistan Müdafiə Nazirliyi insident ilə bağlı açıqlama verib. Nazirlik yüksək komandanlıq tərəfindən davanın qarşısının alındığını bildirib.
Əlavə edək ki, Geqarkunik rayonu Tovuz və Gədəbəy ilə həmsərhəddir.
Xəbəri paylaş