Türkiyənin Təkirdağ vilayətində pandemiya qaydalarını pozaraq fəaliyyət göstərən masaj salonu aşkar edilib.
RegionTV.info xəbər verir ki, axtarışlar zamanı salonda 3-ü xarici ölkə vətəndaşı olmaqla 9 nəfərin olduğu müəyyən edilib. Onlar barəsində dərhal tədbir görülüb. 9 nəfər və salonun sahibinə ümumilikdə 19 min türk lirəsi cəza kəsilib.
Xarici ölkə vətəndaşı olan 3 qadın isə miqrasiya idarəsinə təhvil verilib. Onlar deportasiya ediləcək.
Xəbəri paylaş