Dünən axşam Bakının Yasamal rayonu ərazisində yerləşən "Bazarstore" mağazalar şəbəkəsinin filialında güclü yanğın olub.
Hadisə yerinə FHN-in yanğınsöndürənlərinin cəlb olunduğu, yanğın nəticəsində xəsarət alanın olmadığı bildirilir.
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu 8 ünvanında yanğın olması barədə məlumat daxil olub.
Nazirlikdən RegionTV.info-ya verilən məlumata görə, qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub. İlkin məlumata əsasən, marketə aid ümumi sahəsi 24 m² olan, dəmir konstruksiyalardan ibarət saxlanma yerində karton tullantıları və pəncərə çərçivəsi 8 m² sahədə yanıb. Yüksək temperaturdan kondisioner və generator qarsalanıb
Xəbəri paylaş