Rayonlararası sərnişindaşıma ilə bağlı xəbər var.
RegionTV.info xəbər verir ki, şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.) maskadan istifadə olunacaq.
Bu, Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” 26 may 2021-ci il tarixli qərarına şərhində əksini tapıb.
Həmçinin fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində və açıq sahəli ofislərdə və istehsalat yerlərində də maska tələbi qüvvədə qalır.
Xəbəri paylaş