İran Hərbi Dəniz Qüvvələrinə məxsus Xark gəmisi ölkənin cənubunda Oman körfəzində yanaraq batıb.
RegionTV.info bildirir ki, bu barədə İran Ordusu açıqlama yayıb.
Məlumata görə, Xark gəmisində baş verən yanğını söndürmək mümkün olmayıb və gəminin ekipajı xilas edilib.
Yanğının hansı səbəbdən baş verdiyi açıqlanmayıb.
Qeyd edək ki, 33 min tonluq yanacaq təminatı və dəstək gəmisi olan Xark gəmisi 1977-ci ildə Britaniyada hazırlanıb və 1984-cü ildə İrana təhvil verilib. Bu gəmi İran ordusunun Məkran gəmisindən sonra ikinci gəmisi hesab olunurdu. Gəmi generator və buxar sistemi ilə saatda 6 min kilovat saat elektrik istehsal edə bilirdi.
Xəbəri paylaş