
RegionTV.info xəbər verir ki, Aİ-95 markalı benzinin qiyməti 1,40 manat olub.
Məlumatlı mənbələrdən bildirilib ki, qiymət dəyişikliyinə beynəlxalq birjalarda neftin qiymətinin artması səbəb olub. Belə ki, Aİ-95 markalı benzin Azərbaycanda istehsal olunmadığı, xaricdən idxal edildiyi üçün qiymət artımı labüd olub.
Qeyd edək ki, buna qədər sözügedən marka benzinin qiyməti 1,25 manat idi.