Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda 15 yaşlı qızı erkən nikaha kim məcbur edib? — VİDEO

RegionTV.info                                                                                                  

Beynəlxalq uşaqların müdafiə günündə təəssüf ki, xoş olmayan bir xəbər aldıq. Belə ki, Ağcabədi rayonunda 2006-cı il təvəllüdlü azyaşlı dünyaya övlad gətirib.  Cəmi 15 yaşında onu erkən nikaha kim məcbur edib?

Doğum şöbəsinin müdiri Nəzakət Quliyevanın sözlərinə görə, qız doğum şöbəsinə ağrılar və bölgə yanı mayenin axmasıyla daxil olub.

Nənəsi Şərəf xanım isə deyir ki, onlar qızın ərə getməsinə razı olsalar da əslində toyu 18 yaşa çatanda etməyi nəzərdə tutublar. Lakin azyaşlının 24 yaşlı həyat yoldaşı Sadiq Cəfərovun anasının erkən yaşda rəhmətə getməsi bu məsələni tezləşdirib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova da məsələyə münasibət bildirib. Deyib ki,  erkən nikah çox vaxt yaşlı nəslin nümayəndələrinin normal bildiyi hərəkət olsa da artıq bəzi savadlı ailələrdə də bu hal müşahidə olunur.

Ağcabədi rayon polis şöbəsindən isə bildirilib ki, araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.                                                       


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də