Rusiyalı model Kseniya Şaripova vəfat edib.
RegionTV.info xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Bildirilir ki, 24 yaşlı modelin ölümünə anoreksiya səbəb olub.
Uzun müddət pəhrizlərə riayət edən Kseniya çəkisini 40 kilodan aşağı salıb. Ancaq buna baxmayaraq onun sağalması mümkün olmayıb.
Qeyd edək ki, anoreksiya nevrozun bir növüdür və insanın həddindən artıq az və qeyri-normal qidalanmasına səbəb olur.
Xəbəri paylaş