Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Gürcüstana quru yolla daxil olma qaydaları açıqlandı

"Bütün qaydaların yüngülləşdirilməsi halların artması üçün müəyyən bir riskdir".         
egionTV.info xəbər verir ki, bu barədə Milli Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamğrelidze məlumat verib.
Qamğrelidze qeyd edib ki, bu səbəbdən bütün tövsiyələrə ciddi əməl olunmalıdır.
"Mənfi PISAR testi olmayan şəxs sərhəddən keçə bilməz. Həmçinin iki dəfə peyvənd olunan şəxs üçün də mənfi PISAR testi məcbur olacaq. Burada olduqları müddətdə periyodik testlərdən keçmələri barədə təkliflər hazırlanır. 
Çox diqqətli olmalıyıq, çünki ölkəyə daha çox insan quru sərhədləri ilə girəcək. Digər tərəfdən iqtisadiyyatın və iqtisadiyyatın inkişaf mənbələrindən olan turizmin inkişaf edilməli və açılmalı olduğunu başa düşürük, ancaq maska taxmaq, yığıncaqlar,  məsafəni qorumaq və ən əsası aşılamanın daha da aktivləşdirilməsi ilə əlaqədar daha da intizamlı olmalıyıq.
Bıçaq ağzında gəzməliyik. Bir tərəfdən başa düşürəm ki, yay gəlir, istidir, turist sayı artacaq, amma bütün tövsiyələrə ciddi əməl etmək və həyata keçirmək son dərəcə zəruridir ”, - deyə Amiran Qamğrelidze bildirib.
Məlumat üçün bildirək ki,  Gürcüstanda quru sərhədlər 1 iyun tarixindən açılır.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də