Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Həddindən artıq marmelad yeyən kişinin ürəyi dayandı






ABŞ-ın Massaçusets ştatından olan fəhlə biyandan hazırlanan marmeladı həddindən artıq yediyi üçün ürəyi dayanıb.

Bu barədə məlumat “The New England Journal of Medicine” jurnalında dərc olunub. 

Bildirilir ki, meyvəli marmeladı sevən 54 yaşlı amerikalı, ölümündən iki həftə əvvəl şirin biyanlı konfetlərə keçib və gündə bir qutu yarım istehlak etməyə başlayıb.

O, “fast food” restoranında nahar edərkən qəfil huşunu itirib. Həkimlər kişinin qanında təhlükəli dərəcədə az miqdarda kalium olduğunu təyin ediblər. Onların sözlərinə görə, bu, ürək ritminin pozulmasına səbəb olub.

Kişi bir gün sonra xəstəxanada keçinib.

Tibb işçilərinin sözlərinə görə, hətta az miqdarda biyan belə təzyiqi artıra bilər. Belə ki, biyan kökündə olan qlisin turşusu bədəndə kalium və digər mineralların ehtiyatlarını kritik şəkildə azaltmaq qabiliyyətinə malikdir.

ABŞ-ın Qida və Dərman İdarəsi (FDA) iki həftə ərzində gündəlik 55 qram biyan istehlakının, xüsusən 40 yaşdan yuxarı insanlarda ürək ritmini poza biləcəyi və ölümlə nəticələnə biləcəyi barədə xəbərdarlıq edib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də